​Azərbaycanda şirkət direktoru faciəvi şəkildə öldü – Sərxoş vəziyyətdə olub

Baxış sayı:
8329

Bakı-Şamaxı magistral yolunda ağır qəza baş verib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Magistralın 23-cü kilometrliyində - Abşeron rayonu ərazisində “Toyota” markalı, 90 LS 628 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçən piyadanı vurub. Ağır xəsarət alan 1958-ci il təvəllüdlü Əvəzov Səxavət Xocaxan oğlu hadisə yerindəcə keçinib.
İlkin araşdırmalar zamanı yolun hərəkət hissəsinə çıxmış piyadanın sərxoş olması müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Faciəvi şəkildə vəfat edən S.Əvəzov Müşfiq qəsəbəsində yerləşən quşçuluq fabrikinin direktoru olub.