Azərbaycanda ər arvadını bıçaqladı - DƏHŞƏTLİ SƏBƏB

Baxış sayı:
3589

Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az bildirir ki, bu barədə "Report"un Cənub Mərkəzi məlumat verib.
Hadisə Kolatan kəndində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Quliyev Ramin Cəfər oğlu ailə-məişət zəminində həyat yoldaşı 1983-cü il təvəllüdlü Quliyeva Elazə Şirməmməd qızını döş qəfəsinə beş dəfə bıçaq zərbəsi endirib.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan E.Quliyeva reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.