​Azərbaycanda qızıl ucuzlaşdı

Baxış sayı:
8464

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Muxalifet.az-ın məlumatına görə, noyabrın 21-də qızılın qiyməti noyabrın 20-i ilə müqayisədə 2,618 manat azalaraq 1 unsiya üçün 2075,4875 manat təşkil edib.
Gümüş 0,1212 manat ucuzlaşaraq 1 unsiya üçün 24,3376 manata bərabər olub.
Platinin qiyməti 16,2775 manat azalaraq 1432,2415 manat, palladiumun qiyməti isə 36,805 manat azalaraq 1947,741 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.