Azərbaycanda polis zabitinin özünü güllələməsi ilə bağlı YENİ XƏBƏR

Baxış sayı:
859

Dünən Sumqayıt şəhərində polis əməkdaşının güllələnmiş halda meyitinin tapılması hadisəsi ilə bağı cinayət işi açılıb.
Publika.az xəbər verir ki, Sumqayıt şəhər polis idarəsinin 1-ci Polis bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynlinin xidməti otağında ölmüş vəziyyətdə aşkar olunması hadisəsi ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Polis zabitinin intihar etdiyi ehtimal edilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.

*****
18 İYUL

Sumqayıt şəhərində ehtiyatsızlıqdan ölüm hadisəsi baş verib.
“Report” xəbər verir ki, Sumqayıt şəhər polis idarəsinin 1-ci Polis bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynli xidməti otağında ölmüş vəziyyətdə aşkar olunub.
Onun ehtiyatsızlıqdan özünü güllə ilə vurduğu ehtimal edlir.
Meyit axşam saat 19:40 radələrində tapılıb.