Azərbaycanda polis zabiti faciəvi şəkildə öldü

Baxış sayı:
6238

Yardımlı rayonunda polis zabitinin idarə etdiyi xidməti avtomobil uçuruma yuvarlanıb.
Hadisə martın 30-də axşam saatlarında Yardımlı rayonunun ucqar kəndlərindən olan Osnakəranda baş verib.
Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin müvəkkili, baş leytenant Şahin Nəsirovun idarə etdiyi "Chevrolet” markalı avtomobil uçuruma yuvarlanıb.
Nəticədə 1988-ci il təvəllüdlü Ş. Nəsirov hadisə yerindəcə keçinib. 
Qəzaya səbəb kimi yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir.
Faktla bağlı araşdırma aparılır./ONA