Azərbaycanda piyada taksinin altında belə qaldı - ÖLƏ BİLƏRDİ - VİDEO

Baxış sayı:
3274

Sumqayıt şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Şəhərin mərkəzi küçəsində piyada keçidi ilə yolu keçən şəxs svetaforun yaşıl işığında yoluna davam edən taksi tərəfindən vurulub. Svetaforun tələbinə məhəl qoymayaraq yolu keçən piyada "VAZ 2106" markalı avtomobilin altında qalsa da, xoşbəxtlikdən ciddi xəsarətlər almayıb.
Hadisə ərazidəki digər avtomobilin video-qeydiyyat cihazı tərəfindən lentə alınıb./Publika