Azərbaycanda ən SƏRFƏLİ TURLAR - Siyahı/Qiymətlər

Baxış sayı:
5011

Ölkədə fəaliyyət göstərən turizm şirkətləri əsasən xarici tur xidməti təklif edir. Azərbaycandaxili tur təklif edən şirkətlər isə bir o qədər də çox deyil. Təklif olunan tur qiymətləri əsasən tur müddətindən və hotelin ulduzundan asılı olaraq dəyişir.
Turizm mövsümünün başlaması ilə əlaqədar olaraq və ən məşhur daxili turların Qəbələ, Şəki və Quba istiqamətində olduğunu nəzərə alaraq turizm şirkətlərinin təklif etdiyi tur-paketlərin qiymətlərini təqdim edirik:
 
Məktəblilər üçün 9 manata turlar
 
Seyyah.az məktəblilər üçün 1günlük Qobuland turu təşkil edir.Turun qiyməti 16 manatdır. Bu qiymətə nəqliyyat, səhər yeməyi, axşam çay süfrəsi, bələdçi və fotosessiya daxildir. Məktəblilər kompleksin ərazisində və oyun meydançalarında maraqlı vaxt keçirə bilər. Eyni zamanda məktəblilər üçün nəzərdə tutulmuş turlar Qobustan – 9 manat, Qala etnoqrafiya – 9 manat, Yanardağ – 9 manat, Quba – 19 manat, İsmayıllı Lahıc – 21 manat, Şəki-Qəbələ – 23manat var. Bu qiymətə isə nəqliyyat, səhər yeməyi(yalniz rayon turlarında), fotosessiya, çay süfrəsi və muzeylərə giriş bileti daxildir. Qrup şəklində minimum 18 nəfər olmalıdır. Təşkilatçının turda iştirakı ödənişsizdir.
 
20 manata Quba turu
 
“AVA Tour” turizm şirkətində ölkədaxili turlar 1 və 2 günlük təşkil olunur. Şirkətdən verilən məlumata görə, burada 1 günlük Qəbələ turu 21 manata, Quba turu 20 manata, Şəki turu isə 23 manata başa gəlir. 2 günlük turlarda isə qiymətlər bir qədər qabarıqdır. Belə ki, 2 günlük Şəki-Qəbələ turu 75 manata, Quba turu isə 49 manatadır. Bildirilir ki, bu qiymətlərə, ancaq səhər yeməyi, qonaqlama, nəqliyyat və bələdçi xidmətləri daxildir.
 
Tur-paketə fotosessiya da daxildir.
 
“Atlas Travel” şirkətində isə 1 günlük Quba turu 20 manata, Qəbələ turu 21 manata, Şəki-Qəbələ turu isə 23 manata təklif olunur. Bu paketə nəqliyyat xidməti, səhər yeməyi, tur bələdçisi, fotosessiya, çay fasiləsi daxildir. 
 
Qrup qitmətləri 10% endirimlədir
 
“Aristokrat Travel” şirkətində isə tur qiymətləri təqdim olunan yemək sayına görə dəyişir. Belə ki, 1 günlük Quba turu səhər yeməyi ilə 20 manata, səhər və nahar yeməyi ilə isə 30 manata başa gəlir. Qəbələ turu 1 günlük səhər yeməyi ilə 21 manata, səhər və nahar yeməyi ilə 32 manatadır. Şəki turu 1 günlük səhər yeməyi ilə 23 manata, səhər və nahar yeməyi ilə isə 33 manatadır. Bildirdilər ki, qrup olaraq müraciət edilərsə bu qiymətlərə 10% endirim ediləcək.
 
135 manata tur-paket
 
“Baku Holiday Travel” şirkəti isə Quba turunu 21 manata, Şəki-Qəbələ turunu isə 23 manata təklif edir. Bu paketə nəqliyyat, səhər yeməyi, tur bələdçi, fotosessiya və ekskursiyalar daxildir. Bu turizm şirkəti eyni zamanda digər istiqamətlər üzrə də turlar təşkil edir. Belə ki, burada Lənkəran-Astara turu 25 manata, Göygöl turu 28 manata, Lənkəran-Masallı-Yardımlı turu isə 99 manata, Mingəçevir-Gəncə-Göygöl turu isə 135 manatadır.
 
Qrup təşkilatçısı üçün havayı olacaq
 
“Baku Travel” şirkətində də müvafiq istiqamətlər üzrə tur qiymətləri digər şirkətlərlə eynidir. Belə ki, 1 günlük Quba turu 20 manata, Qəbələ turu 21 manata, Şəki turu isə 23 manata başa gəlir.
Şirkətdən bildirdilər ki, əgər bu tur xidməti üçün 18 nəfərlik qrup olaraq müraciət edilərsə ümumi qiymətlərə 10%-ə qədər endirim edilir, təşkilatçı isə ödənişsiz bilet əldə edə bilir./Fed.az