Azərbaycanda mərasim niyə ləğv edildi? - Məsullar SUSUR

Baxış sayı:
1816

Güney Azərbaycanın Həmədan şəhərində “Aşıqlar və Musiqilər” mərasiminin ləğv edilməsi ilə bağlı məsələ hələ də həllini tapmayıb.
Muxalifet.az xəbər verir ki, mərasimin keçirilməsinə qadağa qoyulsa da, əyalətin məsul şəxsləri bu barədə açıqlama verməkdən boyun qaçırırlar.
Bildirilir ki, mərasimin təşkil olunmasına Həmədan Əyaləti Musiqi Dərnəyi qadağa qoyub. Yerli əhalinin sözlərinə görə, bu qurum Azərbaycan aşıqları və ümumiyyətlə türk musiqisinə qarşı hər zaman qərəzli mövqe sərgiləyib.
Qeyd edək ki, Türk dünyasında “aşıq”, “ozan”, “bamsı” və “baxşı” adı ilə tanınan saz-söz adamları türk millətinin qədim mədəniyyəti və ənənələrinin qorunub saxlanılmasında hər zaman böyük rol oynayıb. İran rejimi bu sənətin inkişaf etdirilməsi ilə bağlı fəaliyyətlərə davamlı olaraq maneçilik yaradır.