Azərbaycanda məktəbdə YANĞIN - Şagirdlər təxliyə edildi

Baxış sayı:
12109

Quba rayonunda məktəb binasında yanğın olub.
"Report"un verdiyi məlumata görə, hadisə rayonun H.Zərdabi qəsəbəsində yerləşən orta məktəb binasında baş verib.
Yanğın dərs vaxtında baş verdiyi üçün şagirdlər dərhal təxliyə edilib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.