Azərbaycanda faciə: azyaşlı beşmərtəbəli binadan yıxıldı

Baxış sayı:
3901

Mingəçevirdə 2 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yıxılıb. Muxalifet.az xəbər verir ki, hadisə Energetik yaşayış massivindəki Naxçıvan küçəsində baş verib. Nəzarətsiz qalmış 2017-ci il təvəllüdlü şəhər sakini Rəcəbov Uğur İlkin oğlu yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsindən yerə düşüb. Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.