​Azərbaycanda DƏHŞƏTLİ AİLƏ FACİƏSİ: 3 nəfər öldü

Baxış sayı:
7873

Ötən gecə Ağcabədidə baş vermiş dəhşətli yol qəzasında ölənlərin sayı artıb.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, rayonun rayonun Muğanlı kəndində “VAZ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılmasə nəticəsində ağır xəsarət alan 56 yaşlı qadın xəstəxanada vəfat edib.
Hadisə zamanı sürücü, 1987-ci il təvəllüdlü Abdullayev Şahin Rövşən oğlu və sərnişin, 2014-cü il təvəllüdlü Abdullayev Rövşən Şakir oğlu hadisə yerində ölüblər. Onların meyitləri əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri tərəfindən çıxarılıb.
Qeyd edək ki, ölənlər bir ailənin üzvüdür.