Azərbaycanda DƏHŞƏT: tanışını döyə-döyə öldürdü

Baxış sayı:
10861

Sumqayıt şəhərində qətl törədilib.
Şəhərin 21-ci məhəlləsində yerləşən “Ovçular” mağazasının qarşısından Hüseynov Daşqın Arif oğlu huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı onun bədənində xsarətlər aşkar edilib və D.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.
Aparılan araşdırmalarla məlum olub ki, D.Hüseynov mağazanın qarşısında tanışı Rafiq Nərimanovla mübahisə edib. Mübahisə daha sonra dava-dalaşa keçib və R.Nərimanov tanışına yumruq-təpiklə zərbələr endirərək onu döyüb.
Artıq R.Nərimanov tutulub. Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbi araşdırılır.