Azərbaycanda DƏHŞƏT: Evi yandırıb sonra intihar etdi

Baxış sayı:
7927

Samuxda yaşayış evində yanğın olub.
Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Yaşayış evində baş verən yanğını söndürmək üçün əraziyə iki yanğın söndürmə avtomobili cəlb olunub. Baxış zamanı evdən ev sahibi 1972-ci il təvəllüdlü Hüseynov Habil Maarif oğlunun boğazında kəndir olan yerə sərilmiş meyiti aşkarlanıb. Onun evi yandırıb sonra intihar etdiyi bildirilir.  H.Hüseynov həyat yoldaşından boşanıb evdə tək yaşayırmış.
Faktla bağlı araşdırma aparılır.