​Azərbaycanda bu qoruğa giriş məhdudlaşdırıldı

Baxış sayı:
4186

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu bu gündən ziyarətçilərə bağlı olacaq.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, səbəb qoruqda aparılacaq profilaktik işlərdir.
Qoruğun ərazisinə daxil olmaqla bağlı məhdudiyyət fevralın 9-dək davam edəcək.
Fevralın 10-dan etibarən qoruq yenidən ziyarətçi qəbul edəcək.