Azərbaycanda bayram namazı qılındı

Baxış sayı:
3142

Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınıb.

Muxalifet.az xəbər verir ki, bu gün səhər saatlarında yüzlərlə insan məscidlərdə namaz qılıb, dualar edib. Bayram namazından sonra qurbanlıq heyvanların kəsilməsinə başlanılıb. 

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.