​Azərbaycana yay fəsli daxil oldu

Baxış sayı:
9862

Bu gün Bakı vaxtı ilə saat 19.54-də Azərbaycana yay fəsli daxil olub.
Muxalifet.az xəbər verir ki, yay fəsli sentyabrın 23-dək davam edəcək. Sentyabrın 23-ü saat 11.50-də Azərbaycanda payız fəsli başlayacaq. Bu halda gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir.