"Azərbaycana nəinki bir qarış torpaq qaytaracağıq, əksinə...” - Ermənistandan SƏRSƏM AÇIQLAMA

Baxış sayı:
9556

Muxalifet.az-ın əldə etdiyi son məlumata görə,  Vanetsyan Azərbaycan torpaqlarında olarkən həyasız bəyanatla çıxış edərək bildirib ki, Azərbaycana nəinki bir qarış torpaq qaytarmayacağıq, əksinə,  ermənilərin “öz torpaqları”nda məskunlaşdırılması proqramını davam etdirəcəyik.
 
O, Dağlıq Qarabağ ətrafındakı  ərazilərin qaytarılmasından söhbət belə gedə bilməyəcəyini açıqlayıb. Artur Vanetsyan bildirib ki, torpaqların Azərbaycana qaytarılacağı haqda deyilənlər “spekulyasiyadır”.  
 
Məlumata görə, Vanetsyan qondarma separatçı rejim rəhbərliyi ilə Araz çayı boyu ərazilərin məskunlaşdırılması proqramını da müzakirə edib. O,  Cəbrayıl rayonu ərazisində salınan “Araksavan” adlı yaşayış məntəqəsindəki işlərlə maraqlanıb, orada kənd təsərrüfatının inkişafı və infrastrukturun yaradılması perspektivlərindən danışıb.. Vanetsyanın sözlərinə görə, Araz boyu ərazilərin məskunlaşdırılması təhlükəsizliyin əsas təminatlarından biridir...
 
“Ayrı-ayrı adamların guya torpaqların qaytarılacağı, bu haqda danışıqların aparılacağı haqda bəyanatlarını Ermənistanın bu məskunlaşdırma proqramı təkzib edir. Biz bununla erməni xalqına və dünyaya aydın mesaj veririk ki, heç kim bir qarış da olsun torpaq qaytarmayacaq. Əksinə, bizim torpaqlarımızda həmvətənlərimiz qurub yaradacaq, yaşayacaq”,- deyə işğalçı ölkənin təhlükəsizlik qurumunun rəhbəri bəyan edib.
 
Bəzi erməni saytları Ermənistan rəsmisinin İranla həmsərhəd olan Azərbaycan bölgələrinə səfərinin məhz baş nazir N.Paşinyanın Tehrana səfəri ilə üst-üstə düşməsini də təsadüf hesab etmir. Bunun İran dövlətinə bir mesaj olduğu vurğulanır...