Azərbaycana gətirilən saxta gənə dərmanı HEYVANLARIN KÜTLƏVİ ÖLÜMÜNƏ SƏBƏB OLUB – “Bir-neçə dəqiqə sonra 13 baş inəyim tələf oldu” - ŞİKAYƏT

Baxış sayı:
2758

Şamaxı rayonu Göylər kənd sakini İsmayılov Aqil Əbilcan oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət mətubu daxil olub. Müəllif yazır:
“Azərbaycana baytarlıq dərmanlarını xarici ölkələrdən gətirib, satışı ilə məşğul olan “Railvet” firmasının saxtakarlıqları nəticəsində respublikada kütləvi şəkildə mal-qara tələf olmuşdur. Həmin şəxslərdən biri mənəm ki, 25 may 2018-ci il tarixdə “Railvet” firmasının gətirdiyi iribuynuzlu heyvanların gənə parazitlərinə qarşı olan “diactdol” dərmanı alıb, qeyd edilən miqdarda su ilə qarşıdırıb, mal-qaramı təlimata uyğun çimizdirdim. Bundan bir-neçə dəqiqə sonra 13 baş inəyim tələf oldu. Bunun isə həmin “diactdol” adlı dərmandan baş verdiyi mənə izah edildi.

Sonradan öyrəndim ki, “Railvet” firmasının gətirdiyi həmin “diactdol” adlı dərmandan iki il ərzində Azərbaycanda yüzlərlə iribuynuzlu heyvanlar tələf olub. Bu dərmanı İordaniya ölkəsindən Azərbaycana gətirən “Ralivet” firmasının Rauf adlı sahibi cinayət məsuliyyətinə cəlb edilib, həbsə atılmalıdır. Çünki həmin dərmanın istifadəsinin təhlükəli olması tam subut olunub.
Belə ki, “Railvet” firamsının Azərbaycana gətirdiyi “diactdol” adlı dəmandan 2017-ci ilin noyabr ayı tarixində istifadə etmiş Ucar rayon Bərgüşad kənd sakininə məxsus 16 baş iribuynuzlu mal-qara tələf olmuşdur. Həmin şəxsin şikayətindən sonra “Railvet” firmasının 3 əməkdaşının və “diactdol” dərmanını istehsal edən İordaniya ölkəsinin Bassan adlı vətəndaşının iştirakı ilə Ucar rayonu Bərgüşad kəndində eksperiment aparıldı. Həmin eksperiment canlı video çəklişlə aparıldı ki, nəticədə də “diactdol” dərmanı ilə yuyulan inək nümayəndələrin gözü qarşısında tələf oldu. Bununla da öz maddi maraqlarına görə kütləvi mal-qara tələfatına yol verən “Ralivet” firmasının sahibi Raufun bəhanələrinə son qoyuldu və ifşa olundu. Hansı ki, həmin eksperimentə qədər “diactdol” dəmanından baş vermiş təlafatın peraparatdan düzgün istifadə edilməməsi bəhanələri gətirilirdi. Həmin video çəklişlə aparılan eksperiment zamanı orada Ucar rayon baytarlıq xidmətinin əməkdaşı və digər vəzifəli şəxslərdə iştirak ediblər. Bütün bunlar video çəkilşdə var.

Qeyd edim ki, Ucar rayonu Bərgüşad kəndində aparılan eksperiment video çəklişinə şəxsən baxmışam və yaxın günlərdə ictimayiyyətə təqdim olunacaq. Bu da tam hüquqi əsas verir ki, kənd təsərrüfatına, Azərbaycan xalqına kütləvi ziyan vuran “Railvet” firmasının Rauf adlı sahibi cinayət məsuliyyətinə cəlb edilib, həbsə atılsın. Hətta öz cinayət əməlini gizlətməyə çalışan “Railvet” firmasının sahibi Rauf video çəklişin yayaılmaması üçün Ucar rayon Bərgüşad kənd sakininə dəymiş ziyanı oradaca ödəmişdir. Həmin kadrlar da video çəklişdə var. “Railvet” firmasının gətirdiyi “diactdol” dərmanından tələf olmuş 13 baş mal-qaranın dəyərinin mənə ödənilməsi üçün mərkəzi orqanlara etdiyim şikayətlərə müsbət cavab ala bilməmişəm. Çünki “Railvet”firmasının sahibi Rauf öz əməlinin üstünü ört-basdır etmək üçün dərmandan düzgün istifadə etmədiyimizi bəhanə gətirir. Ancaq yuxarıda qeyd etdiyim kimi, “Railvet” firmasının Azərbaycana gətirdiyi “diactdol” dərmanının mal-qara üçün ciddi təhlükə olması video faktla subut olunub. Həmçinin onu da qeyd edim ki, “Railvet” firmasının Azərbaycana xarici ölkələrdən gətirdiyi baytarlıq dəmanlarının istifadə təlimatları tərcümə olunmur.

Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova , Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova, Qida Təhlükəsizliyi Agentliyinin sədri cənab Qoşqar Təhməzliyə və Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayevə müraciət edib, xahiş edirəm, kənd təsərrüfatına, fermerlərə kütləvi ziyanlar vuran “Railvet” firmasının sahibi Rauf haqqında cinayət işinin başlanılıb barəsində qanuna müvafiq tədbirlər görəsiniz. Bu şəxsin cinayət əməlləri artıq video faktlarla tam subut olunmuşdur. Həmin video yaxın günlərdə ictimailəşdiriləcək”.

Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.