Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız gedə bilir

Baxış sayı:
5560

Henley & Partners şirkəti ənənəvi “Pasport indeksi”ni dərc edib. İndeks bu il dünya ölkələrində vizasız rejimin vəziyyətini göstərir. İndeksdə birinci sırada Yaponiya və Sinqapur dayanır. Bu ölkələrin pasportları dünyanın 189 ölkəsinə vizasız səfər etməyə imkan verir.

Üç ay öncə birinci sırada olan Cənubi Koreya iki mövqe geriləyib və indi Almaniya və Finlandiya ilə birlikdə ikinci yeri tutur.

Liderlər üçlüyünü Danimarka, İtaliya və Lüksemburq qapayır.

ABŞ və Böyük Britaniya 6-cı yerdədir, 2010-cu ildən bu yana tutduqları ən aşağı mövqedir.

Cənubi Qafqaz ölkələri arasında Gürcüstan ən yüksək yeri tutub- 52-ci yer və bu yeri Albaniya ilə bölüşür. Hazırda Gürcüstan vətəndaşları 113 ölkəyə vizasız gedə bilər.

Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız gedə bilər. Türkiyə -110, Rusiya -113 ölkəyə.

Ermənistan 84-cü yerdədir. Bu ölkənin vətəndaşları 60 ölkəyə vizasız gedə bilər.

Əfqanıstan sonuncu -109-cu yerdədir. Bu ölkənin vətəndaşları 25 ölkəyə vizasız səfər edə bilər.

Henley & Partners şirkətinin “Pasport indeksi” ölkələrin öz vətəndaşlarına verdikləri hərəkət sərbəstliyinin səviyyəsi üzrə beynəlxalq reytinqi əhatə edir. İndeks 2006-cı ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə əməkdaşlıq şəraitində dərc edilir.