Azərbaycan və Türkiyə vətəndaşları bu saatlarda təxliyyə olunacaq - QAYNAR XƏTT YARADILDI / Yenilənib

Baxış sayı:
3124

Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılmasından sonra Azərbaycan Respublikasının Türkiyə səfirliyində “qaynar xətt” yaradılıb.

Bu barədə səfirlikdən məlumat verilib.

“Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın Səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən “Qaynar xətt” yaradılıb. Qaynar xətt nömrəsi: +905372826740” - deyə, məlumatda qeyd olunub. 

***
 

Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyyəsi üçün uçuşların qrafiki açıqlanıb.

Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. 

Çarter reysləri bu martın 15-də aşağıdakı qrafik üzrə həyata keçiriləcək:

TK332 ISTGYD - 08:55 Azərbaycan vətəndaşları üçün;

TK334 ISTGYD - 16:00 Azərbaycan vətəndaşları üçün;

Azərbaycandakı Türkiyə vətəndaşlarının ölkəsinə dönməsi üçün isə bu gün iki reys həyata keçiriləcək.

TK333 GYDIST - 13:45 Türkiyə vətəndaşları üçün;

TK335 GYDIST - 20:50 Türkiyə vətəndaşları üçün.