​Azərbaycan və Bolqarıstanı turizm sahəsində bir sıra layihələr gözləyir

Baxış sayı:
676

Birbaşa aviareysin işə düşməsi sayəsində Azərbaycan və Bolqarıstan turizm sahəsində bir sıra vacib layihələri həyata keçirə biləcək.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, bunu Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvaylo Moskovski deyib.
Nazir qeyd edib ki, Bakı-Sofiya aviareysi sayəsində ölkələr işgüzar dairələr arasında əlaqələrin inkişafına ümid edə bilər: “Turizm baxımından Bakı və Azərbaycan maraqlı imkanlar təklif edir. Əminəm ki, biz ölkələrimiz arasındakı münasibətlərin inkişafı sayəsində bir sıra vacib layihələr reallaşdıra bilərik”.