​Azərbaycan Skandinaviyadakı səfirliyini bağlayır

Baxış sayı:
1375

Azərbaycan XİN-dəki mənbələrdən verilən məlumata görə, Azərbaycan Stokholmdakı səfirliyini bağlayır.
Qeyd edək ki, həmin səfirliyin fəaliyyəti üç ölkəni – İsveçi, Norveçi və Finlandiyanı əhatə edir.
XİN-dəki eyni mənbələr Norveç XİN-in Bakıdakı səfirliyini bağlamaq barədə dünən verdiyi qərarı da şərh ediblər. Bu qərar Bakı ilə Oslo arasında diplomatik əlaqələrin aşağı səviyyədə olması ilə izah edilib.
Bakının Skandinaviya ölkələrindəki diplomatik nümayəndəliyini bağlamaq barədə qərarı isə, ehtimal ki, cavab addımıdır.
Xatırladaq ki, Norveç Azərbaycandakı səfirliyinin bağlanması barədə qərar verib. İki ölkə arasında münasibətlərə görə məsuliyyəti Türkiyədəki səfirlik daşıyacaq. Bakıda isə Norveçin baş konsulluğu açılacaq.