"Azərbaycan rəhbərliyi ilə daimi əlaqə yaratdığımızı bildirəcəyik..." - Paşinyan AÇIQLADI

Baxış sayı:
4159

Azərbaycan Prezidenti İlham Əliyev mənə savadlı insan təəssüratı bağışladı.
Muxalifet.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

"Əlaqə yaratmaq barədə razılaşmağımız vacibdir. Sabah biz rəsmi şəkildə ATƏT-in Minsk Qrupunun üzvlərinə Azərbaycan və Ermənistan rəhbərliyi arasında daimi əlaqə yaratmaq barədə razılaşdığımızı bildirəcəyik”, - Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, bunun texniki cəhətdən necə həyata keçiriləcəyi hələlik məlum olmasa da, vəziyyətə daha operativ nəzarət etməyə kömək edəcək.