​“Azərbaycan ordusu rus ordusundan daha güclüdür...” – RUSİYALI EKSPERT

Baxış sayı:
4505

“Azərbaycan aprel döyüşlərində dayanmasaydı…”
Aprel döyüşləri Ermənistan ordusunun silahlanma və döyüş hazırlığı sahəsində ciddi qüsurlarının olduğunu ortaya çıxardı. 
Muxalifet.az-ın məlumatına görə, bu barədə Ermənistanın  1in.am portalına müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felqenqauer bildirib.
“Əgər Azərbaycan dayanmasaydı hadisələrin nə cür inkişaf edəcəyi gözlənilməz idi”,- deyə rus hərbi ekspert vurğulayıb.
Onun sözlərinə görə, aprel döyüşləri Ermənistan ordusunun ciddi şəkildə geri qaldığını ortaya çıxardı:
“Necə deyərlər, bu sizin günahınız yox, bədbəxtliyinizdir. Döyüşü aparmaq üçün çağdaş vasitələr lazımdır ki, onlardan bir xeylisi Azərbaycanda var. Azərbaycanda, məsələn, zərbə pilotsuz uçan aparatlar (PUA) var ki, aprel döyüşlərində erməni zirehli maşınlarını və texnikasını bununla vurdular. İrəvanın bu cür PUA-ları yoxdur. Hətta Rusiyada da yoxdur. Azərbaycan bir çox məsələlərdə Rusiyadan qabağa gedib, çünki israillilər Azərbaycana texnika satırlar, Rusiyaya yox”.
Ekspert bildirib ki, Rusiyanın hələ bu cür PUA-lar istehsal etmək imkanı yoxdur:
“Deyirlər ki, “biz, demək olar ki, düzəltmişik”, amma “demək olar ki” ilə “düzəltmişik” fərqli məsələlərdir. Bizdə zərbə PUA-ları üzərində hələ işləyirlər. İrəvanda bunlar, ümumiyyətlə, yoxdur. Ermənistanda sovet zirehli texnikasıdır, Azərbaycanda isə İsrailin modernləşdirdiyi zirehli texnikadır. Müharibə zamanı bu amillər özünü göstərir. Azərbaycan ordusunun bir sıra hərbi-texniki üstünlüyü olduğu kimi qalır”,- deyə Pavel Felqenqauer vurğulayıb.