“Azərbaycan millisi aqressiv və güclü komandadır” - Bernard Şalland

Baxış sayı:
3625

Millətlər Liqasının qrup mərhələsində sentyabrın 7-də Azərbaycanın qonağı olacaq Kosovo millisinin baş məşqçisi Bernard Şalland ölkəsinin mətbuatına açıqlama verib.
Muxalifet.az xəbər verir ki, 67 yaşlı mütəxəssis yığmamızı aqressiv və güclü rəqib hesab edib: “Azərbaycan millisi aqressiv və güclü komandadır. Bu qrupda 1-ci yeri tutmaq üçün mübarizə aparırlar. Diqqətli olmalıyıq. Bakıda əlimizdən gələnin ən yaxşısını edəcəyik. Turnirə uğurlu start üçün köklənmişik”.
İsveçrəli mütəxəssis müdafiəçilərinin durumundan narahat olduğunu deyib: “Müdafiəçilərimiz klublarında az şans qazanıblar. Bu da bizi narahat edir. Yoldaşlıq oyunları bizi aldada bilər, məşqlərdə hər birinin durumuna diqqətli baxırıq. Start heyətə üçün hazır olanları seçməyə çalışacağıq”.
67 yaşlı çalışdırıcı Kosovo futbolu barədə bunları deyib: “Kosovonu yalnız Millətlər Liqasına hazırlamıram. Burada gələcəyin komandasını qururuq. Kosovu 2 yaşlı “körpə” kimidir. Daim böyüyəcək və yaxşı gələcəyi olacaq”.
Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu sentyabrın 7-də, Bakı Olimpiya stadionunda keçiriləcək.