Azərbaycan “İsgəndər” raketlərinə qarşı SİLAH ALIR

Baxış sayı:
1513

Azərbaycan Belarusdan “Polonez” raket kompleksini almaq barədə müqavilə imzalayacaq.
Modern.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyindəki mənbə bildirib.
Qeyd olunur ki, müqavilə bu il rəsmiləşdirilə bilər.
Alıcı ölkənin Azərbaycan olduğu açıqlanmasa da, Rusiya Müdafiə Nazirliyindəki yüksək rütbəli zabitlər bu ölkənin Azərbaycan olduğunu təsdiq ediblər. “Polonez” raketlərinin tərkibində 10 raket kompleksinin radiolokasiya sistemi və s. vasitələrlə təchiz olunduğu bildirilir.
Qeyd olunur ki, “Polonez” raket kompleksi Moskvanın Minskə “İsgəndər” raketləri satmaqdan imtina etməsindən sonra yerli müdafiə sənayesinin ekspertləri tərəfindən yaradılmışdı. Sistem 301 mm-lik, 200 kilometrə qədər hədəfi dəqiqliklə vuran raketlərlə təchiz olunub.