​Azərbaycan Gürcüstana satdığı qazın qiymətini qaldırdı

Baxış sayı:
6262

Azərbaycan Gürcüstana nəql etdiyi qazın qiymətini artırır. Muxalifet.az-ın "apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan "SOCAR Georgia Gas” martın 1-dən qazın qiymətini 10,5 faiz artıracaq. Beləliklə, kommersiya abonentləri üçün əlavə dəyər vergisi də daxil olmaqla, qazın 1 kubmetri 0,95 lariyə satılacaq. "SOCAR Georgia Gas” qiymət korrektəsini larinin dollara nisbətən kursunun dəyişməsi ilə izah edib.