​"Azərbaycan, Gürcüstan və Türkiyə arasında müzakirə olunacaq çoxlu sayda məsələlər var" – İLHAM ƏLİYEV

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
Prezidentin mətbuat xidmətinin verdiyi xəbərə görə, prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda Qurban bayramı ilə əlaqədar telefonla danışdıqlarını, hər iki dövlət başçısının təmaslarının daimi xarakter daşıdığını vurğulayıb. Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünün əhəmiyyətinə toxunan dövlət başçısı bu görüşün ölkələrimiz arasında ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını qeyd edib. Hər üç ölkə arasında müzakirə olunacaq çoxlu sayda məsələlərin olduğunu deyən Prezident İlham Əliyev siyasi, iqtisadi, enerji, nəqliyyat kimi sahələrdə artıq yaxşı nəticələrin əldə edildiyini bildirib.
Dövlət başçısı üç ölkə arasında aparılan işlərin həm ölkələrimiz, həm də ümumilikdə bölgə üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Bu formatda artıq bir neçə ildir ki, görüşlər keçirildiyini vurğulayan Prezident İlham Əliyev bunların həm siyasi, həm də iqtisadi məsələlərin həlli üçün önəmli üçtərəfli format kimi özünü təsdiqlədiyini və nümunəvi bir format olduğunu deyib.
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Mövlud Çavuşoğlu Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünün ölkələrimizin yerləşdiyi bölgənin sabitliyi və iqtisadi inkişafı üçün önəmli olduğunu vurğulayıb, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu işlərə verdiyi töhfəyə görə dövlət başçısına minnətdarlığını bildirib.
Dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə ölkələrimiz arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
 
*** 18.12
 
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.