​Azərbaycan gölü iki hissəyə bölünür - Mənfur plan

Baxış sayı:
2110

Urmu Gölünü Canlandırma Mərkəzinin hazırkı planına görə, gölün cənub hissəsinə su çatdırılmayacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri danışıb.
"Urmu Gölünü Canlandırma Mərkəzi hazırda gölün cənub hissəsinə su axıtmağı planlaşdırmır. Gölə 14 milyard kubmetr su daxil olsa belə, onun bəzi yerləri, o cümlədən cənub hissəsi susuz qalacaq, həmin nöqtələrə su çatmayacaq", - deputat bildirib.
Mütəxəssislər belə olan halda gölün yalnız bir hissəsinin, yəni nisbətən dərin olan şimal hissəsinin qalacağını, cənub hissəsində isə böyük səhralıq yaranacağını deyirlər.