Azərbaycan filmində BİABIRÇI GÖRÜNTÜLƏR – VİDEO

Baxış sayı:
17830

Azərbaycanda çəkilən kommersiya filmlərini çəkənlər  açıq-saçıq görüntülər ilə yaddaşlarda qalmaq istəyirlər.  
Sosial mediada məşhur olan vaynerlər də artıq film sektoruna girişiblər. Yay mövsümündə çəkilən və yetərli tamaşaçı cəlb edə bilməyən filmlərdən biri olan "2 MAL” filmi tənqid atəşinə tuş gəlib. Biabırçılığın pik həddi isə bayram günləri  televiziya kanallarımızın bu filmi efirə verməsidir.
Film "YouTube” video portalına yüklənib. Filmi izləyən istifadəçilər aktyor kimi özlərini sınayan vayner Mənsur Şərif və Rəsul Abbasovu tənqid ediblər.
Ssenari cəhətdən uğursuz olan filmdə tamaşaçını güldürmək üçün intim atmacalardan, erotik səhnələrdən bol-bol istifadə edilib. Bu da zövqlü tamaşaçının haqlı tənqidinə səbəb olub.
Xatırladaq ki, video ilk olaraq dergi.az saytı yayımlayıb.
Filmdən olan parçaları təqdim edirik:/Sfera.az