"Azərbaycan cəhd etsə də, bu mövzu ilə bağlı mövqeyimiz qətidir..." - Ermənistandan AÇIQLAMA

Baxış sayı:
7687

Azərbaycanla əsirlərin dəyişdirilməsinə dair danışıqlar davam edir. Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib. Jurnalistlər David Tonoyandan Rusiya Xarici İşlər naziri Sergey Lavrovun münaqişə tərəflərini əsir və girovları “hamının hamıya” prinsipi ilə dəyişdirməyə çağıran bəyanatı haqda soruşublar. Tonoyan Azərbaycanla danışıqların getdiyini deyərək bu məsələ ilə bağlı konkretləşdirmə işlərinin getdiyini deyib. “Hələlik konkret vəzifə yoxdur, amma danışıqlar gedir. Bildiyiniz kimi mən müvafiq komissiyanın sədriyəm. Hazırda danışıqlar gedir ki, biz kimi kimlə dəyişdirmək məsələsini anlayaq”, - Tonoyan bildirib. Jurnalistlər nazirdən soruşublar: hamını hamıya dəyişdirmək olarmı? Tonoyan isə deyib: “Hazırda mən bu haqda danışa bilmərəm”. Xatırladaq ki, erməni tərəfi Dağlıq Qarabağda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovu əsir və girovların dəyişdirilməsinə dair danışıqlardan kənarda saxlamağa çalışır. Dağlıq Qarabağın separatçı rəhbərliyi bildirir ki, onların azad edilməsindən söhbət gedə bilməz. Azərbaycan tərəfi isə neçə vaxtdır əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib.