​ “Azərbaycan bizimlə güc dilində danışa bilməz...” - Paşinyan

Baxış sayı:
13336

Ermənistan konfliktlərin, o cümlədən Qarabağ konfliktinin həll yolunu yalnız sülhdə görür, bunu Gürcüstandan olan jurnalistlərə müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Bütün konfliktlər sülh yoluyla, danışıqlar vasitəsilə həll edilməlidir. Güc dilində danışıqlar ola bilməz. Bununla bərabər, hesab edirik ki, bütün konfliktlər unikaldır. Oxşar konfliktlər yoxdur”, - deyə o bildirib.

O, konfliktlərin həllində güc tətbiqinin qəbuledilməz olduğunu və bunun Qarabağ konfliktində də dəstəkləndiyini deyib.