Azərbaycan BƏƏ-də beynəlxalq müdafiə sərgisində

Baxış sayı:
10426

Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndə heyəti fevralın 17-dən Əbu-Dabidə açılan “IDEX-2019” 14-cü beynəlxalq müdafiə sərgisi və konfransında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.
MSN-dən bildiriblər ki, tədbirə qatılan nümayəndə heyəti sərgi çərçivəsində Türkiyənin “MKEK”, Rusiyanın “Rosoboronexport”, Serbiyanın “Yugoimport”, Birləşmiş Ərəb Əmirliklərinin “Mobile Land Systems” və “Tawazun”, Səudiyyə Ərəbistanı Krallığının “Military Industries Corporation” şirkətlərinin rəhbər və nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycan istehsalı olan hərbi təyinatlı məmulatların ixracına dair danışıqlar aparılıb.
“IDEX” sərgisi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed əl-Nəhyanın himayəsi ilə bu ölkənin Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.
Sərgi işini fevralın 21-dək davam etdirəcək.