​Azərbaycan Aİ ilə danışıqlara başlayır

Baxış sayı:
2110

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktorluğunun (DG MOVE) rəhbəri Henrik Hololey Bakıya 27-30 yanvar tarixlərində səfər edəcək.
Muxalifet.az xəbər verir ki, bunu trend -ə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi və sosial məsələlər, ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Danilidis deyib.
Onun sözlərinə görə, səfər zamanı Hololey Azərbaycan və Avropa İttifaqı arasında aviasiya sazişi üzrə müzakirələr aparacaq.
Daha öncə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd etmişdir ki, Avropa Birliyi Azərbaycanla aviasiya sazişini 2018-ci il yanvar ayının ikinci yarısında paraflamaq niyyətindədir.