“Azersun Holding”ə məxsus 3 müəssisə birləşir

Bakı Qida və Yağ Fabriki yenidən təşkil olunur
 
 “Azərsun Holding” MMC-yə məxsus “Bakı Qida və Yağ Fabriki” MMC yenidən təşkil olunur.
Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, holdinqə daxil olan “Svit Star” və “Fermer Yağ İstehsalat Birliyi” MMC-lər “Bakı Qida və Yağ Fabriki”nə qoşulur. Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 92 ünvanına bildirə bilərlər