Azadlıq prospektində ağır qəza – YARALILAR VAR

Baxış sayı:
6373

Ötən gecə Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, saat 00:30 radələrində Binəqədi rayonu ərazisində - Azadlıq prospektində “Saipa” və “Mercedes” markalı 2 avtomobil toqquşub.
Qəza nəticəsində “Saipa”da olan 2 kişi və bir qadın müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya aparılıblar.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.