Ayfonların satışı kəskin şəkildə azaldı

Baxış sayı:
7066

Əpl (Apple) korporasiyası rüblük satış və gəlirlərin azaldığını elan edib.
Muxalifet.az xəbər verir ki, əsas göstəricilərin iki dəfə dalbadal aşağı düşməsi son iki ildə ilk dəfədir. Bu da Çində ayfonların satışının aşağı düşməsi ilə bağlıdır.
Şirkətin 2019-cu ilin ilk rübündə gəlirlər 16 faiz (11.56 milyard dollar), dövriyyəsi isə 5 faiz (58.02 milyard dollar) azalıb.