Ayfonları gömrükdən gizli şəkildə keçirmək istədi, lakin...

Baxış sayı:
5413

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları külli miqdarda mobil telefonların və elektron əşyaların ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 noutbuk, 2 ədəd yaddaş kartı gətirdiyini bəyan edib. Lakin yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisindən bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən 50 “SanDisk 8GB” markalı fleş-kart, 5 portativ enerjiyığma cihazı, 3 ədəd plata, 2 yaddaş kartı və əynindəki gödəkçənin ciblərindən isə 4 Ayfon markalı mobil telefon aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.