Aydın Bəşirovdan sonra Tağı Əhmədovla - Məleykə Əsədovanı sabiq məmurlarla NƏ BAĞLAYIR?

Baxış sayı:
1282

Bu yaxınlarda xalq artisti Məleykə Əsədova Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun nəvəsinin ad günündə iştirak edib.
Muxalifet.az
"Ölkə.Az"-a istinadən xəbər verir ki, sənət aləmindən yalnız Məleykə Əsədovanın bu məclisdə iştirakı müxtəlif söz-söhbətlərə yol açıb. Bəziləri aktrisanın Əhmədovun özü ilə, bəziləri isə həyat yoldaşı ilə yaxın olduğunu iddia ediblər. Əməkdaşlarımız səsləndirilən fikirlərlə bağlı Məleykə Əsədovanın özü ilə əlaqə saxlayıb. Aktrisa dünən və bu gün müxtəlif bəhanələrlə suallarımızı cavabsız qoyub.
Qeyd edək ki, M.Əsədovanın daha bir keçmiş məmur Aydın Bəşirovla da dostluq etdiyi bildirilir. Hətta A.Bəşirov açıqlamalarından birində M.Əsədovaya mənzil alıb verdiyini qeyd edib.

Aydın Bəşirovdan sonra Tağı Əhmədovla - Məleykə Əsədovanı sabiq məmurlarla NƏ BAĞLAYIR?