Avtovağzal ərazisində ağır qəza - AVTOMOBİL PİYADANI VURDU...

Baxış sayı:
4150

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Salyan şəhərində, avtovağzal ərazisində qeydə alınıb.

Çuxanlı kənd sakini Səbuhi Əsədov yolu keçmək istərkən onu minik avtomobili vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Rayon Mərkəzi Xəstəxanasında reanimasiya şöbəsində yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.