​Avtomobilin əyləci işləmədi, 8 nəfərin üstündən keçdi

Baxış sayı:
3733

Kolumbiyada Guadas şəhərində dondurma paylayan yük maşınının ətrafına yığışanları avtomobil vurub.
Muxalifet.az Sputniknews-a istinadla xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.
Ölənlərdən 4-ü hadisə yerində, qalanları isə xəstəxanada dünyasını dəyişiblər.
Hadisənin terrorla əlaqəsi yoxdur. Belə ki, sürücü əyləc sistemində yaranan problemə görə avtomobilini idarə edə bilməyib və nəticədə sərinləşdirici içkilər, dondurma paylayan yük maşınının ətrafına yığışanları əzib.