Avtomobil yük maşınına çırpıldı, 2 nəfər öldü

Baxış sayı:
9628

Hacıqabul rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhəri Heydər Əliyev prospektində yerləşən uşaq bağçası yaxınlığında baş verib.

Rayon sakini, 1988-ci il təvəllüdlü Qanbayev Anar Fərrux oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən “KamAZ” markalı yük maşını ilə toqquşub. 

Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü və avtomobildə olan daha 1 nəfər hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.