Avtomobil ahıl kişini vuraraq öldürüb - BAKIDA

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi açılıb
 
Bakıda avtomobil 65-70 yaşlı kişini vurub.
Hadisə Suraxanı rayonunda baş verib.
Belə ki, Günəşli qəsəbəsi, "V" yaşayış massivində sürücüsü hələlik müəyyənləşdirilməmiş avtomobil naməlum piyadanı vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib. Qeyd edək ki, zərərçəkən hadisə zamanı tanınmaz hala düşüb./report