Avtomobil 14 yaşlı qızı vurdu - SALYANDA

Salyanda piyadanı maşın vurub.
 
Hadisə rayonun Kürqaraqaşlı kəndində baş verib.
 Kənd sakini, 2003-cü il təvəllüdlü Lamiyə Murad qızı Əliyeva “VAZ-2107” markalı avtomobil tərəfindən vurulub. Nəticədə piyada müxtəlif xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.
 Faktla bağlı araşdırma aparılır.