Avstriyadan Avropa Birliyinə sərt tənqid

Baxış sayı:
7693

Bu ayın sonunda keçiriləcək Avropa Parlamenti seçkiləri öncəsi AB-nin təşkilatları başda olmaqla, AB-nin Konstitusiyası olaraq qəbul edilən Lissabon müqaviləsinin yenilənməsi lazım olduğunu deyən Avstriyanın baş naziri Kurz-un Avstriya Xəbər Agentliyi APA-ya etdiyi açıqlamalar ciddi müzakirələrə yol açıb. Kurz AB-nin böyük problemlərə fokuslanması, kiçik problemlərə bağlı mövzuların üzv ölkələrə buraxılması lazım olduğunu irəli sürərək "AB davamlı olaraq daha çox pul istəmək yerinə insanlara necə yaşayacaqlarını diktə etməyi buraxmalıdır" deyib. AB-nin minə yaxın razılaşmaların silinməsi ya da üzv ölkələrin təşəbbüsünə buraxılması lazım olduğunu qeyd edən Kurz, "İnsanların AB-dən gözləntisi, təhlükəsizlik, xarici sərhədlərin qorunması və ya iqlim mövzuları kimi böyük problemlərə çözüm tapmasıdır. Ancaq heç kim AB-dən kartof necə qızardılır deyə bir razılaşma gözləmir" deyə söyləyib. Kurz avropalılar üçün bir azadlıq layihəsi olaraq görülən AB-nin, gün keçdikcə cəmiyyətləri sıxışdıran bir "bürokratiya aparatına" döndüyünü deyərək "İnsanları yenidən Avropa üçün həvəsləndirmək istəyiriksə, Brüsseldəki vəsayəti sonlandırmalıyız" deyə bildirib. Müxalifət.az