Avropanı qarışdıran təhdid: Ordumuz hazırdır, müdaxilə edərik

Baxış sayı:
5443

Serbiyanın baş naziri Brnabic, Kosovonun daimi ordu qurduğu təqdirdə hərbi müdaxilə edəcəklərini deyib.
 
Brnabiç paytaxtda mətbuata verdiyi açıqlamada, "Ümid edirəm ki, ordumuza heç vaxt bu cür müdaxilə üçün tapşırıq vermərik, ancaq bir etnik təmizliyi kənardan seyr etməmək üçün bu masada dayanan variantlardan biridir" deyib.
Kosovo parlamenti 14 dekabrda keçiriləcək baş assambleyanın iclasında yüngül silahlarla təchiz edilmiş 4 min nəfərdən ibarət olan hərbi birliklərinin nizamlı ordu halına çevrilməsini səsverməyə buraxacaq.
Serbiya siyasətçiləri bu cür nizamlı bir ordunun qurulduğu təqdirdə, Kosovoda qalan Serb azlığın bu hərbi birliyin vasitəsilə zorla deportasiya ediləcəyi tezisini daima gündəmə gətirir. ABŞ və Aİ-nın dəstəyini yanına almağa çalışan Kosovo rəsmiləri isə verdikləri bəyanatlarla buna qarşı çıxır.
Müxalifət.az