​Avropadan Türkiyə ilə bağlı bədbin hesabat: Uzaqlaşırsınız!

Baxış sayı:
6067

Avropa Komissiyası Türkiyə ilə bağlı 2018-ci il hesabatını açıqlayıb.
Muxalifet.az xəbər verir ki, yayımlanan hesabatda Türkiyənin insan haqları və hüquq dövlət sahələrində nəhəng addımlarla Avropa Birliyindən (AB) uzaqlaşdığı bildirilib.
Həmçinin 2016-cı il 15 iyul çevriliş cəhdindən sonra ölkədə elan edilən fövqəladə vəziyyətin tez bir zamanda ləğv edilməsi, çevriliş cəhdi ilə bağlı saxlanılan və həbs edilənlərin qeyd-şərtsiz azadlığa buraxılması ifadə edilib.
Bundan əlavə, Türkiyənin miqrasiya ilə bağlı göstərdiyi səylərin də müsbət qiymətləndirildiyi qeyd olunub.