Avropadan Türkiyə etirafı: "Qapını açıq saxlamalıyıq"

Avropa Birliyi (AB) Türkiyəyə qapını açıq saxlamaq məcburiyyətindədir.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin (AP) rəhbəri Antonio Tajani deyib.
O bildirib ki, Türkiyənin AB-yə üzvlüyü ilə bağlı danışıqlar yalnız Ankaranın edam cəzasını bərpa etməsindən sonra dayandırıla bilər:
“Türkiyənin AB-yə üzv olması olduqca çətin prosesdir. Ərdoğanla müzakirələr zamanı AB-nın bununla bağlı narahatlığını çatdırdım. Miqrant problemi, terrorla mübarizə kimi məsələlərdə Türkiyə ilə dialoq kanallarını açıq saxlamalıyıq”.