​Avropadan Ərdoğana böyük etimad: MÜHÜM GÖRÜŞ...

Baxış sayı:
760

Avropa Birliyi və Türkiyə arasında martın sonunda yüksək səviyyədə görüş keçirilməsi planlaşdırılır.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Velt” qəzeti yayıb.
Brüsselin bu görüş sayəsində Ankara ilə münasibətlərini yaxşılaşdırmaq istədiyi iddia edilir. Görüşdə əsas müzakirə mövzusunun beynəlxalq terrorizmlə mübarizə, miqrasiya siyasəti, energetika problemi və tələbə mübadiləsi olacağı vurğulanıb.
AB-Türkiyə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa Komissiyasının sədri Jan Klod Yunker, Avropa Şurasının sədri Donald Tusk, Avropa Parlamentinin sədri Antonio Tayani, Bolqarıstan Baş naziri Boyko Borisovun iştirak edəcəyi gözlənilir.
Görüşün keçiriləcəyi yer haqqında hələlik məlumat yoxdur.