"Avropada vəziyyət yaxşılaşsa da, dünya miqyasında pisləşir" - ÜST-dən KORONAVİRUS AÇIQLAMASI

Baxış sayı:
2171

Avropada koronavirusla bağlı vəziyyət yaxşılaşsa da, dünya miqyasında pisləşir. 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"Bizdə olan məlumata görə, hazırda demək olar ki, dünyada 7 milyon insan koronavirusa yoluxub. Ölənlərin sayı isə 400 mindir. Lakin Avropada vəziyyət yaxşılaşmağa doğrudur”, - deyə Baş direktor vurğulayıb./apa